Neft yenidən ucuzlaşdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,81 dollar və ya 0,9% azalaraq 1 barelə görə 85,30 dollar təşkil edib. SİA-nın xəbərinə görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,37 dollar və ya 1,3% artaraq 109,76 dollar təşkil edib.


Bütün xəbərlər Facebook səhifəmizdə