Azərbaycan-Almaniya biznes forumu keçirilir

Azərbaycan-Almaniya biznes forumu keçirilir
Bu gün Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və Almaniya-Azərbaycan İqtisadi Birliyinin təşkilatçılığı ilə Azərbaycan-Almaniya biznes forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfransda inşaat, energetika, logistika, tibbi texnologiyalar, ətraf mühit, tibb və tibbi texnologiya, İKT, alternativ enerji, və digər sektorlarda fəaliyyət göstərən 20 alman şirkətinin nümayəndəsi iştirak edir.
Ümumilikdə forumda Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, maşınqayırma, logistika, tikinti və digər sahələrdə fəaliyyət göstərən 80-ə yaxın iş adamı iştirak edir.
Tədbirdə Almaniya və Azərbaycan şirkətlərinin əməkdaşlıq imkanları müzakirə edilir, qarşılıqlı əlaqələrin qurulması və genişləndirilməsi məqsədi ilə fikir mübadiləsi aparılır.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və Bavariyanın İqtisadiyyat, İnfrastruktur, Nəqliyyat və Texnologiyalar Nazirliyinin beynəlxalq ticarət idarəsinin rəisi Ulkire Volf iş adamları arasında əməkdaşlığın genişlənməsində biznes-forum, konfrans və işgüzar görüşlərin əhəmiyyətinindən danışıb.
Almaniyanın Azərbaycandakı səfiri Herbert Quelle iki bildirib ki, 2019-cu ildə Almanların Azərbaycana gəlişinin 200 illiyi münasibəti ilə Göy-Göldə möhtəşəm tədbir keçiriləcək.

Rəsmi hissədən sonra isə keçiriləcək dəyirmi masa keçiriləcək. Masa ətrafında Bavariya və Azərbaycan şirkətləri əməkdaşlıq imkanları, yeni layihələrlə tanışlıq, işgüzar əlaqələrin qurulması və genişləndirilməsi məqsədilə qarşılıqlı şəkildə fikir mübadiləsi və müzakirələr aparacaq.


Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə