Kreditin maksimum həddi 5.000.000 manatdan 10.000.000 manata qaldırılıb

Kreditin maksimum həddi 5.000.000 manatdan 10.000.000 manata qaldırılıb

Azərbaycan prezidenti İlham Əliyev Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitlərinin istifadəsi mexanizminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. SİA-nın məlumatına görə, bununla əlaqədar Azərbaycan prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 10, maddə 775) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydaları"nda müvafiq dəyişikliklər edilib.


Dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərinə SKMF-in vəsaitlərindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti verilə bilər:


- 5 000 manatdan 50 000 manatadək - kiçik həcmli kreditlər;

- 50 001 manatdan 500 000 manatadək - orta həcmli kreditlər;

- 500 001 manatdan 10 000 000 manatadək - böyük həcmli kreditlər


Kreditin maksimum həddi 5.000.000 manatdan (o cümlədən bir investisiya layihəsi üzrə) 10.000.000 manata qaldırılıb.


Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilib:


- kiçik həcmli kreditlər üçün - 3 (üç) ilədək;

- orta həcmli kreditlər üçün - 5 (beş) ilədək;

- böyük həcmli kreditlər üçün - 10 (on) ilədək.


Fərmana əsasən, qaydalarda daha bir neçə dəyişiklik nəzərdə tutulur.


İqtisadi İnkişaf Nazirliyinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.







Bütün xəbərlər Facebook səhifəmizdə