Gürcüstanda “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 78-ə çatıb
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda fəaliyyət göstərən "SOCAR Georgia Petroleum" MMC törəmə müəssisəsi bu ölkədə "SOCAR" brendli daha iki yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
ARDNŞ-dən SİA-ya verilən məlumata görə, YDM-lərdən biri Raça regionunun Ambrolauri rayonununda, digəri isə Samtredia şəhərinin mərkəzində istifadəyə verilib. Açılış mərasimlərində ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov, ARDNŞ-in Gürcüstandakı nümayəndəliyinin başçısı Mahir Məmmədov, habelə yerli İcra Hakimiyyəti nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Bununla da Gürcüstanda "SOCAR" brendli yanacaqdoldurma məntəqələrinin ümumi sayı 78-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB