İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. SİA-nın xəbərinə görə, monitorinqlər zamanı Bakının Nizami rayonunda Q.Qarayev prospekti, 25/6 ünvanında Zülafət Qafarovaya məxsus mağazada, Ə.Kürçaylı küçəsi, 7 ünvanında yerləşən "Fialka market"də, M.Şərifli küçəsi, ev 92 ünvanında Samir Məmmədova məxsus mağazada; Yasamal rayonunda Haqverdiyev küçəsi, ev 2 ünvanında Qüdrət Həsənova məxsus mağazada, H.Cavid prospekti, 528-ci məhəllə ünvanında Siyavuş Babayevə məxsus mağazada, Talıblı və Bünyadzadə küçələrinin kəsişməsində Zəməddin Məmmədova məxsus mağazada; Səbail rayonunda A.İsmayılov küçəsi, 20-ci Yaşayış sahəsi, ev 1A ünvanında yerləşən "Dünya market"də; Gəncə şəhərində Təbriz küçəsi, 235A ünvanında Vüqar Adıgözəlova məxsus mağazada; Bərdə rayonunda Ü.Hacıbəyov küçəsində Namiq Hüseynova məxsus mağazada, Nizami küçəsində Pərviz Əhmədova məxsus mağazada; Şəmkir şəhərində Ş.Qurbanov küçəsində Natiq Heydərova məxsus mağazada ümumi çəkisi 220 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları satışdan çıxarılaraq məhv edilib.Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB