Hüseynbala Mirələmov: "Yeni qaz yataqlarının aşkar olunması Azərbaycan üçün böyük perspektivlər vəd edir" - AÇIQLAMA

Hüseynbala Mirələmov: "Yeni qaz yataqlarının aşkar olunması Azərbaycan üçün böyük perspektivlər vəd edir" - AÇIQLAMA

"Yeni qaz yataqlarının aşkar olunması Azərbaycan üçün böyük perspektivlər vəd edir". SİA-nın yap.org.az saytına istinadən verdiyi məlumata görə, bu fikri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Hüseynbala Mirələmov deyib.

H.Mirələmov bildirib ki, bu amil dünya dövlətlərinin Azərbaycana marağını artırır. Onun sözlərinə görə, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artır.

"Son proseslər bunun bir daha təsdiqləyir. Bir neçə gün ərzində yeni qaz kəmərinin çəkilişi ilə bağlı dünya şirkətləri tərəfindən bir sıra təkliflər irəli sürülməkdədir. Şübhəsiz ki, Azərbaycan tərəfi bu təkliflərə yanaşmada milli maraqlarımızı üstün tutacaq"- deyə komitə üzvü vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə