Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi keçirilir
Bu gün Bakıda Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin Şura İclası öz işinə başlayıb. SİA-nın xəbərin görə, həmçinin Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin 20 illiyi münasibəti ilə təşkil olunan təbirdə İqtisadi İnkişaf naziri Şahin Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasıın sədri Məmməd Musayev, Sənayeçilərin və Sahibkarların Beyəlxalq Konqresinin sədri Anatoli Kinak və dünyanın 21 ölkəsindən 95 nəfər iş adamı, 7 ölkənin işgüzar dairəsi əməkdaşları iştirak ediblər. İclas zamanı bir çox aktual məsələlər, o cümlədən, təşkilat-nizamnamə məsələsi müzakirə olunub. İlk olaraq iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkə Prezidentinin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirib. Müraciətdə deyilir: "Azərbaycan Respublikası Dövlət müstəqilliyinin 20 illində iqtisadi cəhətdən bir çox uğurlara imza atıb. Bizim siyasətimizin ən əsas məqsədi sahibkarlara münbit şərait yaratmaqdır. Biznes mühitinin inkişaf etdiriliməsi, bu yöndə qəbul edilmiş proqramlar uğurla yerinə yetirilir. Sahibkarların beynəlxalq əlaqələrinin güclənməsi baxımından Bakıda keçirilən işgüzar konfrans gələcək fəaliyyət üçün gözəl zəmin yaradacaq. Hazırda ÜDM-nin 80%-nin özəl sahibkarlığın payına düşür. Mən sizin gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".
Daha sonra tədbir dünyanın müxtəlif yerlərindən təşrif buyuran iş adamlarının və rəsmi şəxslərin müzakirələri ilə davam edib.
Tədbirin sonunda ölkələr arasında müxtəlif sferalarda əməkdaşlıq müqavilələrinin imzalanması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB