İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağdam rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Nazirlikdən SİA-ya verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağdam rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdam rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- soğan saxlanılması üçün müasir soyuducu anbar kompleksinin yaradılması;
- müasir çörək istehsalı müəssisəsinin yaradılması;
- müasir texnologiyaların tətbiqi ilə tərəvəz məhsullarının emalı müəssisəsinin yaradılması;
- toxuculuq, tikiş və xalçaçılıq sexlərinin yaradılması.
Bu gündən etibarən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün aşağıdakı ünvana müraciət etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Sahibkarlığa Kömək Milli Fondunun inzibati binası.
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB