2011-ci il avqust ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 9 milyard 351,4 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8% artıb ki, bu da iqtisadiyyatın zəruri likvidliklə təmin edildiyini göstərir.
2011-ci il avqustun 1-nə olan pul kütləsinin 6 milyard 199,0 milyon manatı nağd pul vəsaitlərinin, 1 milyard 480,8 milyon manatı tələb edilənədək vəsaitlərin, 1 milyard 671,6 milyon manatı isə müddətli depozitlərin payına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB