2012-ci ildə Azərbaycanda rəqəmsal yayıma başlanacaq

2012-ci ildə Azərbaycanda rəqəmsal yayıma başlanacaq

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) Yayım Standartları Beynəlxalq Konfransı keçirilib. SİA-nın məlumatına görə, təbirdə MTRŞ-nın sədri Nüşirəvan Məhərrəmli, Rumıniya Teleradio Yayım Şurasının sədri Kristian Mititelu və digərləri iştirak ediblər. İlk olaraq çıxış edən N.Məhərrəmli bildirib ki, keçiriliən tədbirin əsas məqsədi rəqəmsal yayımın üstünlüklərini müzakirə etməkdir: "Artıq Avropanın əksər ölkələri bu yayım sisteminə keçib. MDB məkanında isə Azərbaycan artıq bu sistemə keçməyə tam hazırdır. 2011-ci ilin fevralında Milli Məclisdə bu barədə qəbul olunan qərarla artıq bu sahədə lazımı tədbirlər görülüb və mən deyə bilərəm ki, Azərbaycan 80-90% rəqəmsal yayına keçməyə hazırdır. MTRŞ olaraq biz hazırıq və Rabitə və İnformasiyalar Texnologiyaları Nazirliyinin qərarını gözləyirik". Daha sonra sədr bu yayıma keçiddə yaranacaq problemlər barəsində danışarkən vurğulayıb ki, rəqəmsal yayıma keçmək üçün dekoderlərin olması vacibdir. "Biz hazırda bu məsələ barəsində müzakirələr aparırıq. Dekoterlərin orta qiyməti 35-40 AZN təşkil edir. Əhalinin müəyyən qisminin sosial vəziyyətini nəzərə alaraq biz cənab prezidentə müraciət etməyə hazırlaşırıq. Biz istərdik ki, dekorderlərin qiyməti aşağı düşsün və bu yöndə "KÜR" zavodunda və "Müdafiə Sənayesi Peyk zavodu"nda istehsala başlanıb və inanırıq ki, kütləvi istehlak nəticəsində dekorderlərin qiyməti aşağı düşəcək". Bundan sonra N.Məhərrəmli 2012-ci ilin Azərbaycanda analoq yayım sisteminin bitməsi ili kimi tarixə düşəcəyini vurğulayıb. Bundan əlavə rəqəmsal yayımın həm enerjiə qənaət baxımından həm də xidmət baxımından üstün olduğunu bildirib. "Artıq bir paketdə 10 kanal yaımlanacaq (TRT 1 də daxil olmaqla). Bölgə kanallarının da yayımında paketlər yaradılacaq. Məs. Quba-Xaçmaz paketində bu zonanın kanalları yayımlana biləcək. Amma hansı zonada ki, tək kanala var o kanal üçün ayrıca paket yaradılacaq".

Daha sonra "SKYPE" vasitəsilə Macarıstan Teleradio Yayım Şurasının sədri Osko Georgiy ilə əlaqə yaradılıb və O.Georgiy rəqəmsal yayım zamanı yaranan problemlərdən və onun həlli yollarından danışıb. "Bu sistemdə şikayətlərin 30-40%-i əsasən siyasətçilərdən və müəyyən sayda siravi vətəndaşlardan olur. Şura 30 gün ərzində bu şikayətlərə baxır və aradan qaldırır. Yalnız 30 gün ərzində həll oluna bilməyən problem olarsa, məktubla istifadəçiyə bildirilir və problem həll olunur. Əgər problem yayımlanan proqramla əlaqədardırsa aidiyyəti kanala xəbərdarlıq edilir və lazım gəlsə, o proqram dayandırılır, əks təqdirdə, 2-60 min dollar arası cərimələnir. Cərimələr isə xəzinədarlığa göndərilir".

Bütün xəbərlər Facebook səhifəmizdə