Əli Həsənov: \"Azərbaycanın nefti 100 il sonra da bu tepmlə çıxacaq\"
Azərbaycanın təsdiq olunmuş neft ehtiyatı 14 milyard, ehtimal olunan neft ehtiyatı isə 20-24 milyard barel təşkil edir. SİA-nıın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən beynəlxalq tədbirdəki çıxışında deyib.O, ölkənin təsdiq olunmuş qaz ehtiyatının 2,55 trilyon kubmetr, ehtimal olunan qaz ehtiyatının isə bundan 4 dəfə artıq olduğunu deyib: "Azərbaycan azı yüz il indiki templə qaz çıxara bilər".Ə. Həsənov bildirib ki, Azərbaycan qızıl, mis və digər ehtiyatları ilə Cənubi Qafqazda ən zəngin təbii sərvətləri olan ölkədir: "Azərbaycan həm də bölgədə özünün enerji təhlükəsizliyini təmin etmiş yeganə ölkədir". O, həmçinin deyib ki, Azərbaycan postsovet məkanında yeganə ölkə olaraq ərazisinin 90 faizini qazla təmin edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB