Bu gün Bakı növbəti beynəlxalq toplantıya ev sahibliyi edir

Bu gün Bakı növbəti beynəlxalq toplantıya ev sahibliyi edir

Bu gün Bakıda "Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının" (ERRA) sədrlər toplantısı və qiymətəmələgəlmə və tariflər üzrə komitəsinin illik iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclasda dünyanın 24 ölkəsində 54-dən çox nümayəndə, o cümlədən iqtisadi inkişaf naziri Şahin Mustafayev, ERRA-nın sədri Qabor Sorenyi də iştirak edib. Tədbiri giriş sözü ilə açan nazir Şahin Mustafayev Tarif Şurasının fəaliyyəti haqda qonaqlara məlumat verib və qeyd edib ki, Azərbaycan artıq enerji sahəsində regional müstəvidən çıxaraq qıobal müstəviyə daxil olub. "Hazırda ölkəmiz 3 kəmərlə neft və 3 kəmərlə qaz ixrac edir və artıq özünü bu sahədə etibarlı tərəfdaş kimi tanıda bilib.

Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz böhran illərində belə sosial lahiyələri uğurla yerinə yetirə bilir və bu proses hələ də davam edir. Hazırda ölkəmizin valyuta ehtiyatları 40 mlrd manatdan çoxdur. Xarici borclanmanın ÜDM-ə olan nisbəti 7%-dir. Valyuta ehtiyatları xarici borclardan 8 dəfə çoxdur. Azərbaycanın iqtisadi artımı 14% təşkil edib". Daha sonra ÜDM-nin cari ildə 2,8 dəfə artdığını deyən nazir bu il həmçinin əhali gəlirlərinin də 6,3% artdığını və yoxsulluğun 9,4% azaldığını vurğulayıb. Eləcə də Ş.Mustafayev 2009-cu ildə Avropanın tanınan jurnallarında Azərbaycanın ən islahatcıl ölkə seçildiyini və insan inkişafina görə orta səviyyədən yüksək səviyyəyə keçdiyini qonaqların diqqətinə çatdırıb.

Daha sonra ERRA şirkətinin sədri Qabor Sorenyi çıxışında bildirib ki, Azərbaycan rəhbərlik etdiyi quruma 2007-ci ildən etibarən qoşulub: "Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan qurumda ən fəal üzvlərdən biridir. Bildiyiniz kimi, qurumuz ölkələrdə insanların sosial rifahının, enerji sahəsinin sabitliyinin və digər sahələrin inkişafına xidmət göstərir. Siz Azərbaycan olaraq "ERRA-nın presediumuna üzv olubsunuz. Və sevindirici haldır ki, Azərbaycandan daha bir qurum bizlə sıx əməkdaşlıq edir bu SOCAR şirkətidir. Son iclasda bizim müzakirə mövzularımızdan biri "Şahdəniz" yatağındakı karbohidrogen ehtiyatlarının işlənməsi və Avropaya nəqli barəsində olub. Azərbaycan enerji sahəsində artıq Avropada körpü rolunu oynamağa başlayıb və biz inanırıq ki, bu əməkdaşlıq hər iki tərəfə öz töhfəsin verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə