Neft bahalaşıb

Sentyabrın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,19 dollar və ya 1,4% artaraq 1 barelə görə 86,89 dollar təşkil edib. SİA-nın xəbərinə görə, sentyabrın 20-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,46 dollar və ya 1,3% artaraq 110,60 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə