Neft ucuzlaşır

Sentyabrın 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 2,26 dollar və ya 2,6% azalaraq 1 barelə görə 85,70 dollar təşkil edib. SİA-nın xəbərinə görə, sentyabrın 19-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,09 dollar və ya 2,8% azalaraq 109,14 dollar təşkil edib.


Bütün xəbərlər Facebook səhifəmizdə