230 kiloqramdan çox yararsız ərzaq satışdan çıxarılıb

230 kiloqramdan çox yararsız ərzaq satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. SİA-nın xəbərinə görə, monitorinqlər zamanı Bakının Suraxanı rayonunda S.Cəfərov küçəsindəki "Yeni market"də və Anar Nəsirova məxsus mağazada, D Yaşayış Massivində yerləşən "Yaşar market"də və "VİP market"də, Günəşli qəsəbəsi, AB Yaşayış Massivi, 10 ünvanında Nəzakət Məmmədovaya məxsus mağazada; Sabunçu rayonunda Maştağa qəsəbəsində yerləşən "Xəzər market"də, Mircəlal Məmmədova, Anar Ağəliyevə, Rüfət Kazımova, Səfər Həmzəliyevə məxsus mağazalarda və Həmidə Hüseynovaya məxsus ticarət mərkəzində; Göyçay rayonunda H.Əliyev prospektində Elşad Məmmədova məxsus mağazada, Natavan küçəsində Famil Həmidova məxsus mağazada ümumi çəkisi 230 kq-dan çox olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub. Həmin ərzaqlar satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə