QKDK-nın sədr müavini:\"Əhalinin gəlirləri artıb\"

QKDK-nın sədr müavini:\"Əhalinin gəlirləri artıb\"

Bu gün "Park İnn" oteldə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) aparat rəhbəri Bəxtiyar Əzizov, QKDK-nın sədr müavini İlqar Muradov, "Paşabank"ın idarə heyətinin sədri Fərid Axundov və digərləri iştirak edirdilər.

İlk öncə QKDK-nın aparat rəhbəri Bəxtiyar Əzizov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, tədbir \"Paşabank\"ın maliyyə dəstəyi ilə iki il ərzində "Kapital bazarları və Biznes İmkanları" mövzusunda yığılmış məqalələr toplusundan ibarət kitabın təqdimat mərasimidir: \"Bu kitab "Kapital bazarları və Biznes İmkanları" mövzusundakı fikirləri özündə əks etdirir. Bundan əvvəllər isə qurumumuz öz sahəsində ictimaiyyəti maariləndirmək üçün bir sıra tədbirlər həyata keçirib. Bunlardan ən önəmlisi "Kapital bazarlarının inkişafında korporativ idarəetmənin rolu" haqqındakı kitabdır. Daha sonra bu mövzunun davamı olaraq izahlı lüğət hazırlanıb və M.F.Axundov adına kitabxanaya təqdim edilib. Bu gün isə biz bu kitabı təqdim etməklə yanaşı "İnvestisiya fondları-alternativ sərmaye vasitəsi" mövzusunda jurnalistlər arasında müsabiqə keçirəcəyimizi bildiririk və inanırıq ki, jurnalistlər bu sahədə fəallıq göstərəcək".

Daha sonra QKDK-nın sərd müavini İlqar Muradov cari ilin geridə qalan 8 ayı üçün statsitik maliyyə göstəricilərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. İ.Muradov bildirib ki, 2011-ci ilin ilk 7 ayında ÜDM ötən illə müqaysədə 1,1% artıb və 26,5 mlrd manat olub. "Cari ildə ÜDM-nin formalaşmasında qeyri-neft sektorunun payı 8,5% artıb. Bundan əlavə əsas vəsaitlərə yönəlmiş investisiyaların həcmi 19,1% artaraq 5,5 mlrd manat olub və cari ildə qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi 72% artıb".

Daha sonra sədr müavini Azərbaycan Respublikasının valyuta ehtiyatlarının 28 mlrd manata çatdığını bildirib. Qeyd edib ki, büdcə gəlirləri 14% , xərcləri isə 14,2% artıb: "Büdcə profisitinin cari ilin bu vaxta qədərki həcminin 700 mln olduğunu nəzərə alsaq bu rəqəmin elə də böyük olmadığını söyləyə bilərik. Cari ildə verilən kreditlərin 10%, əmanətlərin isə 34% artıb\".

İ. Muradov əhali gəlirlərinin 17,3% artdığını qeyd edib. Daha sonra qiymətli kağızlar bazarındakı vəziyyət haqda da danışan sədr-müavini vurğulayıb ki, dövlət istiqrazlarının ilkin satışı 4,9% artıb, Mərkəzi Bankın notlarının ilkin satışı 3,9%, təkrar satışı isə 1,7% artıb: \"Korporativ qiymətli kağızlar bazarında da 2,4% artım yaşanıb. Əlbəttə ki, bu sahədəki artımda Prezidentimizin 2011-ci il 26 may tarixli sərəncamı xüsusi rol oynayıb və bu sərəncamı rəhbər tutaraq qiymətli kağızlar bazarının inkişafında 6 istiqamət müəyyənləşdirdik və bunlardan ən önəmlisi bazarın fəaliyyəti haqda maarifləndirmə və məlumatlandırma işi durur. Mən inanıram ki, bu kitab da bu yöndə bizə yardımçı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə