“Qara qızıl” bahalaşıb

"Qara qızıl"ın qiymətində artım müşahidə olunub. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 3,32 dollar və ya 3,9 faiz artaraq 1 barelə görə 89,34 dollar təşkil edib.

ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,91 dollar və ya 2,6 faiz artaraq 115,80 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə