Yay Məktəbinin 5-ci günü Neft-qaz emalı və kimya sənayesinə həsr olunub
Baş ofisin Emal kompleksi üzrə texnoloji araşdırmalar şöbəsinin mühəndisi, Şirkətin Təqaüd Proqramının məzunu Emil Alxaslı tərəfindən neft emalı üzrə üç hissədən ibarət komandalararası simulyasiya oyunu keçirilib. Verilən tapşırıqları daha tez və düzgün həll etdiyinə görə hər iki mərhələdə birinci yerə "Penta Prima", ikinci yerə "S-power və Racos", üçünü yerə isə "Maximum" komandaları layiq görülüb. Həmin gün Yay Məktəbinin iştirakçıları ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna ekskursiya etmiş və əsas neft emalı qurğuları ELOU-AVT 6 ilkin emal qurğusu, Katalitik Krekinq və Tədrici Kokslaşma qurğusu ilə tanış olublar. Günün axşam qonağı isə ARDNŞ-nin emal üzrə vitse-prezidenti David Məmmədov və "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev olublar.
Qonaqlar gənclərə respublikamızın neft emalı, neft-kimya sənayesinin tarixi, mövcüd neft emalı və neft-kimya müəssisələri, onların perspektiv inkişaf planları haqqında geniş məlumat vermiş və tələbələrin suallarını cavablandırıblar. Günün qeyri rəsmi hissəsində iştirakçılarla bir sıra intelektual oyunlar keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB