Eyyub Hüseynov: \"Bazarlarda istehlak səbətinə daxil olan mallarının qiymətlərində artım yaşanıb\" - MÖVQE
Bu gün Azad İstehlak Birliyinin sədri Eyyub Hüseynov mətbuat kofransı keçirib. SİA-nın xəbərinə görə, tədbirdə əsas müzakirə obyekti cari ayda bazarlardakı vəziyyət, son 3 ayın qiymətlərindəki dəyişiklik və payız məhsullarının qiymət və keyfiyyəti olub.
İlk öncə monitorinqin nəticəsi barəsində danışan E.Hüseynov bildirib ki, böhran vaxtı qeyd edilirdi ki, qiymətlərin sabit saxlanılması uğurdur. Lakin çox təəssüf ki, indi bazarlarda qiymətlər qalxmaqdadır. Təkcə onu deyə bilərəm ki, idxal məhsulları gömrükdən keçən zaman ödənilən qiymətlərdən 6-8 dəfə baha satılır. Bunun da əsas səbəbi manapoliyanın hökm sürməsidir.
Daha sonra aprel-avqust aylarında aparılan monitorinqlərin yekunu kimi E.Hüseynov bildirib ki, bazarlarda istehlak səbətinə daxil olan mallarının qiymətlərində artım yaşanıb: "Əla növ buğda-5,83%, qablaşdırılmış makaron-36%, düyü-16%, yer kökü-7,14%, göyərti-16%, şabalıd-79,6% qalxıb. Ən maraqlısı da odur ki, duzlu siyənək gömrükdən idxal qiymətindən 6 dəfə baha satılır".
Eyyub Hüseynov daha sonra bazarda qiymət artımının əsas səbəblərindən birinin əsas müəssisələrin iri subyektlərin əlində olduğunu və onlar lazım gələndə bazarda süni tələb yaratdıqlarını və qiymət artandan sonra məhsulları bazara çıxartıqlarını qeyd edib. Bu gedişlə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olsa, Azərbaycanın kənd təsərrüfatı batacaq: "Onsuz da başdan ayağa səhv işləyən nazirlik hər həftə sonu bazarlarda monitorinq aparır, qiymətlərin artmasını rəsmi geyimdə öyrənmirlər, kəndçinin yanında olmaq lazımdır. Belə vəziyyətdə biz ÜTT-yə üzv olsaq mən əminliklə deyə bilərəm ki, Azərbaycanın kənd təsərrüfatı batacaq. Çünki ÜTT-nin belə bir qaydası var ki, ora üzv olan ölkələr subsildiyalara razı olmalıdır və müəyyən həddən artıq kənd təsərrüfatı məhsulu istehsal edə bilməz. Düzdür, bazarda məhsul bolluğu artacaq, amma keyfiyyət də bir o nisbətdə aşağı düşəcək".
\"Evrovizion-2012\" müsabiqəsi haqda da danışan ekspert qeyd edib ki, turist axını ilə əlaqədar yəqin ki, qiymətlər süni şəkildə qalxacaq və sonra bu qiymətlər öz qüvvəsində qalacaq: "Çünki ölkədə birtərəfli biznes gedir və istehlakçıların marağı qorunmur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB