Ukrayna Rusiyadan aldığı mavi yanacağın qiymətindən narazıdır
Ukrayna Respublikasının prezidenti Viktor Yanukoviç "Kommersant-Ukrainaya" qəzetinə verdiyi müsahibəsində Rusiyadan aldığı mavi yanacağın qiyməti ilə bağlı fikirlərini açıqlayıb: "Başa düşmək istərdim bizi nəyə görə, cəzalandırırlar? Əgər bugünkü real qiymətlərə baxsaq biz qazı həddindən çox baha alırıq. Məsələn, Almaniyaya baxsaq biz onlardan 200 dollar çox baha qaz alırıq. Tranzit, yol məsafəsinə nəzər salsaq, Rusiyadan Almaniyaya olan məsafəyə diqqət yetirsək görərik ki, Almaniyaya qaz bizdən iki dəfə baha satılmalıdır".
Prezidentin sözlərinə görə Ukrayna hər il 5-6 milyard, 10-illik müqaviləyə əsasən isə 60-milyard, dövlət büdcəsinin 20%-i qaz almağa sərf edir. Dövlət başçısı qiymətlərin ədalətsiz olduğunu və ölkədə islahatlar aparıldığı bir vaxtda bunun nə qədər inkişafa mane olduğunu xüsusi vurğulayıb: "Bu gün büdcədən qaza ayrılan pullara müəllim və həkimlərin maaşını artırmaq olardı. Onsuz da bu cür qiymətlərə heç bir iqtisadiyyat davam gətirə bilməz. İndi mənə deyin görüm, belə bir şəraitdə Rusiya ilə hansı əlavə güzəştlərdən söhbət gedə bilər? Biz bu gün yalnız ədalətli qiymətə qayıtmaqdan söhbət edə bilərik".
Əlmaniz Ələkbərli, Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB