ARDNŞ Ukraynada üzən yanacaqdoldurma məntəqəsi istifadəyə verib

Bu günlərdə Kiyev gəmi təmiri zavodunun dokunda \"SOCAR Energy Ukraine\" şirkətinin \"Bakı-1\" neftdaşıyan bunker gəmisi – üzən yanacaqdoldurma məntəqəsi suya buraxılıb. SİA-nın qurumun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, bununla əlaqədar keçirilmiş mərasimdə Azərbaycan Respublikasının Ukraynadakı səfiri Eynulla Mədətli və ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin direktoru Elçin Məmmədov iştirak edib.

Təqdirəlayiq haldır ki, Şərqi Avropa ərazisində ilk belə layihə ARDNŞ-nin Ukraynadakı nümayəndəliyi tərəfindən həyata keçirilib. Üzən YDM-də gəmilərə bu ölkədə fəaliyyət göstərən "SOCAR" şəbəkəsinin firma neft məhsulları - "Nano-95" benzini və "NanoDiesel" yanacağı təklif olunur. Üzən yanacaqdoldurma kompleksinin göyərtəsində "Butamarket" firma mağazası yerləşir. Bu nadir qurğuda hesablaşmalar АКМ POS kassa aparatları vasitəsilə həyata keçirilir. Müştəri alınan yanacaq və mala görə ödənişi \"sCard\" yanacaq kartı və Ukraynanın digər neft treyderlərinə məxsus kartlar vasitəsi ilə həyata keçirə bilər. VISA Electron və Master Card bank kartları ilə də ödənişlər qəbul olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə