Saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı Bakının Xətai rayonunda S.Ə.Şirvani və M.Rüstəmov küçələrinin kəsişməsində yerləşən \"Rövşən market\"də, Ukrayna dairəsi, M.Hadi küçəsindəki \"Hakim market\"də, Zığ şossesi, 31 ünvanında Ramil Camalova məxsus mağazada, Binəqədi rayonunda Ə.Naxçıvani küçəsi, ev 4 B ünvanında \"A&F market\"də, C.Xəndan küçəsində Musa İsayevə məxsus mağazada və \"Yeni market\"də, 8-ci mikrorayon, ev 34 ünvanında yerləşən \"Nur market\"də, Füzuli rayonunda Kərimbəyli kəndində Akif İbadova məxsus mağazada, Ağstafa şəhərində R.Əsədov küçəsində Rəşid Nəsibova məxsus mağazada, Qusar şəhərində Səfixanov küçəsində yerləşən \"Planet market\"də, Ağdaş rayonunda Ləki qəsəbəsində Ağahüseyn Salmanova məxsus mağazada ümumi çəkisi 180 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə