“Azneft” İstehsalat Birliyində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının rolu mövzusunda mühazirə dinlənilib

“Azneft” İstehsalat Birliyində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının rolu mövzusunda mühazirə dinlənilib
ARDNŞ-nin "Azneft" İstehsalat Birliyində keçirilən növbəti mühazirə qapalı sahələrdə (tutumlarda, çənlərdə və aparatlarda) aparılan işlər zamanı əməyin mühafizəsi mövzusuna həsr olub. SİA-nın xəbərinə görə, birliyin idarə və müəssisələrinin baş mühəndislərinin iştirakı ilə keçirilən təqdimatda baş direktorun müavini Cəlair Səmədov çıxış edərək, tapşırılmış işlərin təhlükəsiz yerinə yetirilməsi üçün lazım olan məlumata, biliyə və bacarıqlara malik olmağı təmin etmək məqsədilə, iş icraçıları, növbətçilər, xilasetmə dəstəsinin üzvləri və yaxud qaz səviyyəsini yoxlayan şəxslər qismində cəlb edilə biləcək bütün əməkdaşların müvafiq təlim keçmələri zərurətindən danışmış, onların vəzifələrini vurğulanıb. Mühazirə zamanı qapalı sahəyə girişdə iştirak edəcək əməkdaşlar və podratçı işçilərə işin məzmunu, fövqəladə hallara qarşı Cavab Tədbirləri Planı haqqında tam məlumat verilmişdir. Aidiyyatı olan işcilərə tövsiyyə olunub ki, qapalı sahəyə daxil olmazdan əvvəl riskin qiymətləndirilməsi həyata keçirilməli, avadanlıq lazımi şəkildə tam təcrid edilməli, boşaldılmalı və qazsızlaşdırılmalı, işə yalnız tam təcridetmə, tutuma və ya qapalı sahəyə giriş tələb edən istənilən tapşırıq üçün istismarda olan bütün texnoloji, kommunikasiya və xidməti xәtlәrdә, eləcə də elektrik-nəzarət avadanlığında tam təhlükəsizliyin təmin edildiyinə əmin olduqdan sonra başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə