Qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
19 avqust 2011-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10204331S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. SİA-nın məlumatına görə, sifariş 1 investor tərəfindən 99,38% (gəlirlik 2,50%) qiymətində təqdim olunmuşdur.

Maliyyə Nazirliyi tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99,38% (gəlirlilik 2,50%) səviyyəsində müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi8.000.000,00 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 18 noyabr 2011-ci ildir.

İstiqrazların tədavül müddəti – 91 gündür.

İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nın depozitarisində aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня