İqtisadiyyata cəmi kredit qoyuluşları 8 milyard 955,9 milyon manat təşkil edib

İqtisadiyyata cəmi kredit qoyuluşları 8 milyard 955,9 milyon manat təşkil edib

2011-ci il iyul ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8 milyard 955,9 milyon manat təşkil edib.

Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, kreditlərin 32,9%-i və ya 2 milyard 945,8 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2 milyard 447,1 milyon manat (27,3%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 464,3 milyon manatı (5,2%), sənaye və istehsalın payına isə 531 milyon manatı (5,9%) düşüb.

Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 304,5 milyon manatı və ya 3,4%-i, kənd təsərrüfatı və emalına 434,6 milyon manatı və ya 4,9%-i, inşaat və əmlak sahəsinə 697 milyon manat (7,8%), digər sahələrə isə 41,5 milyon manatı və ya 0,5%-i yönəldilib.

2011-ci il iyulun 1-nə kreditlərin 2 milyard 967 milyon manatı (33,1%) qısamüddətli, 5 milyard 988,8 milyon manatı (66,9%) isə uzunmüddətli kreditlər olub.


Dövlət bankı tərəfindən iqtisadiyyata 3 milyard 153,9 milyon manat (35,2%), özəl banklar tərəfindən 5 milyard 582,9 milyon manat (62,3%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 219,1 milyon manat (2,4%) kredit qoyulub.

Kreditlərin 5 milyard 534,9 milyon manatı və ya 61,8%-i manatla, 3 milyard 421 milyon manatı və ya 38,2%-i xarici valyuta ilə verilib. Kredit qoyuluşlarının 557,9 milyon manatı (6,2%) vaxtı keçmiş kreditlərin payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə