Göygöl Elektrik Şəbəkəsində ən aşağı göstərici qeydə alınıb

Göygöl Elektrik Şəbəkəsində ən aşağı göstərici qeydə alınıb

İstehlakçıların elektrik enerji təminatının yaxşılaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və bununla yanaşı istehlak olunan enerji haqqınin istehlakçılar tərəfindən tam həcmdə ödənilməsi, Gəncə, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax elektrik şəbəkələrinin səmərəli fəaliyyətinin təşkili əsas prioritet vəzifə kimi qarşımızda durur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən aylarda olduğu kimi cari ilin iyul ayında da ödəniş səviyyəsi yüksəlib.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, cari ilin iyul ayında Gəncə Regional Elektrik Şəbəkəsindən (REŞ) xidmət ərazilərində 103 milyon 11,1 min kilovatsaat elektrik enerjisi istehlak edilmişdir ki, onun da istehlak dəyərinin 5,3 milyon manata yaxını və yaxud da 85 faizdən artıq hissəsinin ödənişi təmin edilib. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 87,5 milyon kilovatsaatdan, 4,7 milyon manatdan artıq və 90 faizə yaxın olub. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 18 faizə, ödəniş isə 544 min manata yaxın artıb. REŞ üzrə sözügedən ayda ümumi ödənişdə ən yüksək göstərici Daşkəsən EŞ-də, ən aşağı göstərici isə Şəmkir EŞ-də qeydə alınıb. Belə ki, sözügedən I müəssisə üzrə cari ilin iyul ayında istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərindən əlavə ötən ayların debitor borcunun müəyyən qisminin də ödənmişi təmin edilmiş, II müəssisə üzrə isə ödəniş 75,4 faiz olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 28 milyon kilovatsaatdan artıq, ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 11 faizə yaxın artmış və nəticədə cari ilin iyul ayının istehlakının dəyərindən əlavə ötən ayların debitor borcunun müəyyən qisminin də ödənmişi təmin edilib. Ötən ilin müvafiq dövründə isə istehlak 26,6 milyon kilovatsaata, ödəniş isə 97 faizə yaxın olub.

Qeyd edək ki, cari ilin yeddi ayı ərzində isə burada 617,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz çoxdur. Ödəniş isə 85 faizdən artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 11,1 faiz çoxdur. Hesabat dövründə ümumi ödənişdə ən yüksək göstərici Ağstafa EŞ-də (97,2%), ən aşağı göstərici isə Göygöl EŞ-də (74,1%) qeydə alınıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faizə yaxın artaraq 214,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 96 faizə yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 11,3 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə