Azərbaycanda 563,5 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib

Azərbaycanda 563,5 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib
İyul ayının 1-ə Azərbaycanda 302,4 min nəfərə 12 milyon manat məbləğində aylıq sosial müavinət təyin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumatına görə, bundan başqa, ölkədə 563,5 min nəfərə ünvanlı dövlət sosial yardımı verilmiş və bir nəfərə düşən əlavə məbləğ 23,14 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əhalinin gəlirlərinin artmasını və bunun məntiqi nəticəsi kimi həyat səviyyəsinin yüksəlməsini ticarət şəbəkəsindən daha çox əmtəənin alınması və xidmətlərdən daha geniş istifadə edilməsi sübut edir.

Yeddi ayda ticarət dövriyyəsi 10 faiz, pullu xidmətlərin məbləği isə 8,1 faiz artaraq müvafiq olaraq 8,9 və 2,7 milyard manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com