2011-ci il ərzində 10 sahibkarlıq subyekti 91878 AZN dövlət rüsumu ödəyib
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2011-ci ilin ötən dövrü ərzində 10 sahibkarlıq subyektində əyar nəzarəti aparılıb. SİA-nın xəbərinə görə, həyata keçirilən əyar nəzarəti zamanı ümumilikdə 8013 ədəd qızıldan və 2937 ədəd gümüşdən hazırlanmış zərgərlik məmulatlarının dövlət əyar damğası ilə damğalanmadığı aşkar edilib. Həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərində təmizlənib və bütün məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Bunun nəticəsində sahibkarlıq subyektləri tərəfindən ümumilikdə 91878 manat dövlət rüsumu ödənilib. Eyni zamanda, sahibkarlıq subyektlərinə 8000 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB