Rövnəq Abdullayev: \"11-ci təqaüd müsabiqəsinə ilk dəfə olaraq rekord sayda 1928 tələbə müraciət edib\" - AÇIQLAMA
Avqustun 12-də "Neftqazelmitədqiqatlahiyə" institutnda "ARDNŞ"-nin təqaüd proqramı çərçivəsində xaricdə təhsil alan və yay tətilində Bakıda olan tələbələr, bu il təqaüd proqramı çərçivəsində təhsili maliyyələşdirilən tələbələr və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı" çərçivəsində cari ildə təhsilə başlayacaq tələbələrlə "ARDNŞ" rəhbərliyinin görüşü keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "ARDNŞ" prezidenti Rövnəq Abdullayev, şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, təhsil naziri Misir Mərdanov və digərləri iştirak ediblər.
İlk öncə tədbir iştirakçılarının diqqətinə Dövlət Neft Şirkətinin son zamanlar qazandığı uğurları çatdıran Rövnəq Abdullayev qeyd edib ki, rəhbərlik etdiyi Şirkətin strukturu genişlənməkdə davam edir və Azərbaycanda Neft-Kimya və neft emalı zavodlarının tikintisi nəzərdə tutulub və bu lahiyə 2013-cü ilə qədər yekunlaşacaq.
Sonra R.Abdullayev deyib: "Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz bir çox istiqamətlərdə böyük uğurlar qazanıb. Bunlardan ən önəmlisi cənab prezidentimizin gənclərə göstərdiyi qayğıdır. Bu qayğı hələ Ümummilli liderimiz Heydər Əliyevin vaxtından mövcud idi və bu gün möhtərəm prezidentimiz tərəfindən layiqincə davam etdirilir. Ulu öndər 1969-cu ildə Azərbaycana hakimiyyətə gələndən sonra azərbaycanlı gəncləri xaricə oxumağa göndərirdi. Hazırda bu ənənə İlham Əliyev cənabları tərəfindən də davam etdirilir".
R.Abdullayev Dövlət Neft Şirkətinin beynəlxalq şirkətə çevrilmək yolunda önəmli işlər görüldüyünü və bunun ən önəmli cəhətinin yaranan kadr boşluğunu istedadlı, bacarıqlı gənclərimizin təhsilinə önəm verməklə yerinə yetirirdiyini bildirilib.
Bundan əlavə qeyd edilib ki, 2010-2011-ci tədris ilinin nəticələri üzrə keçirilən 11-ci təqaüd müsabiqəsinə ilk dəfə olaraq rekord sayda 1928 tələbə müraciət edib və onlardan 200-ü bu təqaüdə layiq görülüb: "Son iki ildə bu yolla 88 məzun işə qəbul olub. İndiyənədək bu Proqramla 122 gənc cəlb olunub ki, bunlarda 39-u təhsilini müvəfəqiyyətlə başa vuraraq vətənə qayıdıb və ARDNŞ-in müxtəlif sektorlarında işə başlayıb".
Daha sonra qonalar da tələbələrə öz tövsiyyələrini veriblər və tədbir tələbələrin onları maraqlandıran sualları qonaqlara ünvanlaması ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB