Vüqar Bayramov: “Böhranın ikinci mərhələsi hələlik Azərbaycan iqtisadiyyatına təsir göstərmir”- MÜSAHİBƏ

Vüqar Bayramov: “Böhranın ikinci mərhələsi hələlik Azərbaycan iqtisadiyyatına təsir göstərmir”- MÜSAHİBƏ
İqtisadçı ekspert Vüqar Bayramovun SəsTv-yə müsahibəsi:

- Dünyada maliyyə böhranının yeni bir mərhələsinin başlanıldığı müşahidə olunur. Bunun Azərbaycana təsiri nə dərəcədə risklidir?

- Əvvəla o modeli öyrənən təbii qlobal maliyyə böhranın ikinci mərhələsi kimi xarakterizə edir. Bu onunla bağlıdır ki, qlobal maliyyə böhranı bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-da Avropa Birliyində bank maliyyə sektoruna kifayət qədər ciddi təsir göstərmişdir. Eyni zamanda inkişaf etmiş ölkələrdə ABŞ-da son illər xarici borclarında artım müşahidə edilir. ABŞ-nın xarici borcu 14 min 200 milyard dollardır.Qeyd edək ki, həmçinin digər ölkələrdə Yunanstanda, İtaliyada böhran təhlükəsi var. İtaliya, İspaniya və İralandiya kimi ölkələrdə böhran təhlükəsi riski olduqca böyükdür. Bu tərkibdən də qlobal maliyyə böhranının ikinci mərhələsinin yaranması bütövlükdə qlobal iqtisadiyyata kifayət qədər neqativ təsir etməyə başladı. ABŞ-da başlanan defolt təhlükəsi və senatın borsa limitinin artırılması ilə bağlı qərar qəbul etməsi ABŞ-da kredit reytinqlərinin aşağı salınmasının qarşısını ala bilmədi. Bu həftə ABŞ-da kredit reytinqlərinin aşağı salınması elan edildi. ABŞ-nın səhmlərinin eləcə də dövlət istiqrazlarının və kredit reytinqlərinin aşağı düşməsi ABŞ-nın tarixində ilk hadisə idi. Bu da ABŞ-da həm səhmlərin, həm də qiymətli kağızların qiymətinin azalmasına gətirib çıxarır. Nəzərə alsaq ki, dünyanın ən böyük Nyu-York birjası ABŞ-da yerləşir bu da bir mənalı şəkildə Avropa və Asiya bazarlarına təsir göstərir. Məhz bundan sonra İtaliya, İspaniya, Almaniya, hətta Böyük Britaniyada da səhmlərin qiymətində kəskin azalma müşahidə olundu. Hələlik böhranın ikinci mərhələsi Azərbaycan iqtisadiyyatına təsir göstərmir. Bu birbaşa onunla bağlıdır ki, dünya səhm bazarında baş verənlər Azərbaycan səhm və maliyyə bazarına hələlik təsir göstərməyib. Bununla belə əgər böhran dərinləşərsə, bu Azərbaycan iqtisadiyyatına, xüsusən Dövlət Neft Fondunun ABŞ və Avropa Birliyində saxlanılan aktivlərinə təsir göstərə bilər. Nəzərə alsaq ki, Dövlət Neft Fondunun aktivlərinin 45 faizi ABŞ-da saxlanılır, bunun da təxminən 47 faizi Avropa ölkələrinin payına düşür. Hər halda bu böhran eyni zamanda bir mesaj kimi qiymətləndirilə bilər. Hal-hazırda Dövlət Neft Fondunun aktivləri ABŞ-nın dövlət istiqrazlarında saxlanılıb və dövlət istiqrazları az riskli hesab olunan istiqrazlardır. Bu baxımdan hələlik qlobal maliyyə böhranının ikinci mərhələsi Azərbaycan iqtisadiyyatına, eləcə də Dövlət Neft Fondunun aktivlərinə təsir göstərmir.

- Azərbaycanda aparılan vergi bank siyasəti qlobal maliyyə böhranın, eləcə də ölkədəki daxili inflyasiyanın aradan qaldırılmasına nə dərəcədə müsbət təsiri var?

- Qlobal maliyyə böhranı qlobal xarakter daşıyır. Və qlobal xarakter daşıması ondan xəbər verir ki, böhran yalnız böyük ölkələrdən iqtisadiyyatı kiçik olan ölkələrə təsir göstərir. Böhranın ikinci mərhələsi başlanarsa, Azərbaycan iqtisadiyyatına nisbətən az təsir göstərəcək.Çünki böhranın ikinci mərhələsi daha çox ABŞ, Avropa Birliyi və Rusiyaya təsir edəcəyi gözlənilir. Artıq Rusiyada səhmlərin qiymətində kəskin azalmalar müşahidə edilir. Bu Rusiya iqtisadiyyatının böhranın ikinci mərhələsindən kəskin əziyyət çəkəcəyindən xəbər verir. Birmənalı şəkildə Azərbaycanda həyata keçirilən bank və vergi siyasəti qlobal maliyyə böhranın məhz mənfi təsirlərin azaldılması baxımndan əhəmiyyətlidir. Nəzərə alsaq ki, qlobal maliyyə böhranın bir neçə mərhələsindən sonra bank sektorunun qaldırılması ilə bağlı bir sıra addımlar atılmışdır. Bank sektoru Azərbaycanda maliyyə böhranı birinci mərhələsindənən az əziyyət çəkən və ən az neqativ təsirə malik olan sektorlardan biri kimi qiymətləndirilir. Çünki qlobal maliyyə böhranının birinci mərhələsində demək olar ki, Azərbaycanda heç bir kommersiya bankının üzvü olmadı. Eyni zamanda kommersiya bankları öz aktivlərini eləcə də rezervlərinin artırılması istiqamətinə fəaliyyətlərini həyat keçirə bildi. Böhranın maliyyə xarakterli olduğunu nəzərə alsaq, bankların sağlamlaşdırılması və o bankların böhrana hazır olması olduqca vacibdir. Hələlik bank siyasəti böhrandan sığortalanmağa imkan verir. Bununla belə tək Azərbaycan bankları öz aktivlərini və cəlb etdikləri vəsaitlərin bir qismini xaricdən cəlb edirlər. Əgər qlobal maliyyə böhranını ikinci mərhələsi yaranarsa, bütövlükdə dünya və avropa bazarında pul və kreditlərin yaranmasına səbəb olacaq ki, bu da birmənalı şəkildə Azərbaycan banklarının xaricdən alacaqları vəsaitlərin həcminə təsir göstərəcək. Bu baxımdan hələlik bank sektorunda böhran elementləri müşahidə edilmir. Həyat keçirilən bank siyasəti Azərbaycan bankalarının böhrandan sığorta olmasına imkan verir və güman olunur ki, mərkəzi bankın dövlət rezervlərinin çox olması qlobal maliyyə böhranını minimuma endirməyə imkan verəcək.

- Daşınmaz əmlak bazarında qiymətlərin əhalinin alıcılıq qabiliyyətinə nə dərəcədə uyğundur və yaxın qonşu dövlətlərələ müqayisədə Azərbaycanda hansı fərqlər var?

- Azərbaycan daşınmaz əmlak bazarı qonşu ölkələrlə müqayisədə daha fəal əmlak bazarı kimi qiymətləndirilir. Və bu qiymətləndirmələr onu göstərir ki, Bakı mərkəzi şəhərlərdən biridir. Bakı ilə müqayisədə MDB ölkələri eyni zamanda Moskva və Kiyevi də nəzərə alsaq, orda qiymətlər daha yüksəkdir. Digər paytaxt şəhərlərinə nisbətən Bakıda qiymətlərin baha olması ilə 2006-2008-ci illərdə tikinti sektorunun inkişafı ilə bağlı daha çox vəsait o istiqamətə yönəlmişdir. Ölkə daxilində yaşayan eyni zamanda Rusiyada yaşayan həmvətənlərimizin Bakıdan mənzil alması halları paytaxtda mənzilin təlabatının artmasına gətirib çıxardı. Həmin dövrdə Bakıda mənzillərin qiyməti kifayət qədər sürətlə artmağa başladı. Hal-hazırda qiymətlərdə müəyyən stabilləşmə müşahidə olunur. Qlobal maliyyə böhranın birinci mərhələsində Azərbaycanda qiymətlərin azalması müşahidə edildi. Qiymət azalmaları Bakının bir sıra rayonlarında hələ də davam etməkdədir. Belə güman edilir ki, əgər böhranın ikinci mərhələsi yaşanarsa, böhranın ən çox təsir etdiyi sektorlardan biri də məhz daşınmaz əmlak bazarıdır. Nəzərə alaq ki, böhran baş verdiyi halda bu daha çox Rusiyaya təsir göstərəcək. Daşınmaz əmlak bazarında qiymətlərdə azalmalar müşahidə olunsa da hələ ki, bu qiymətlər qonşu ölkələrin əmlak bazarlarından daha yüksəkdir. Qiymətlərin azaldılması istiqamətində yalnız bazarın diqtə etdiyi qaydada deyil, eyni zamanda digər siyasətlərin də həyata keçirilməsi vacibdir. İpoteka kreditlərinin kütləviləşdirilməsi və insanların bu kreditdən istifadə edərək əmlak bazarında iştirak etməsi daha məqsədəuyğundur.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com