“Akkord” Kiyev-Çop yolunun Yenidənqurulması Layihəsi üzrə keçirilən Dövlət tenderinin qalibi oldu
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC – ("Akkord" Korporasiyası) dünyanın aparıcı inşaat-tikinti şirkətləri ilə əməkdaşlığını və beynəlxalq layihələrdə iştirakını genişləndirməkdə davam etdirir. Yaxın və uzaq region ölkələrində iri infrastruktur layihələrinin icraçısı kimi tanınan "Akkord" Korporasiyasının yol tikintisi sahəsində fəaliyyət göstərdiyi ölkələrin sırasına daha biri əlavə olunub.
Korporasiyanın İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Afaq Quliyevanın SİA-ya verdiyi xəbərə görə, 2010-cu il iyulun 20-də Ukraynanın Avtomobil Yolları Dövlət Xidməti - ("Ukravtodor") M06 Kiyev-Çop yolunun Əsaslı Bərpası Layihəsi üzrə tender elan edib. Tenderdə dünyanın infrastrukur layihələrin tikintisi sahəsində böyük təcrübəsi olan – İtalya, Sloveniya, Azərbaycan, Türkiyə, Koreya, Çin, Avstriya, Ukrayna və s. ölkələrdən olan şirkətlər iştirak edib. Azərbaycan təmsilçisi olan "Akkord" Korporasiyası tenderə İtalyan şirkətləri ilə yaradılmış Konsorsiumla qatılıb. 2011-ci ilin avqustunda "Ukravtodor" "Akkord" Korporasiyası ilə İtaliyan şirkətlərindən təşkil olunmuş Konsorsium Ukraynada keçirilmiş M06 Kiyev-Çop yolunun Əsaslı Bərpası Layihəsi üzrə tenderin qalib elan edilib.
M06 Kiyev-Çop yolunun Əsaslı Bərpası üzrə Layihə (14-128 km) dörd lotdan ibarət olmaqla hər birisi iki lotu əhatə edən iki Müqavilə ilə tənzimlənir. Layihə üzrə müvafiq müqavilələr bir tərəfdən Ukraynanın Avtomobil Yolları Dövlət Xidməti - (Ukravtodor) və digər tərəfdən "Akkord" Korporasiyası ilə İtaliyan şirkətlərindən təşkil olunmuş Konsorsium tərəfindən imzalanıb. Hər iki müqavilənin ümumi dəyəri 204511292,42 (İki yuz dord milyon bes yuz on bir min iki yuz doxsan iki) Avro təşkil edir.
M06 Kiyev-Çop yolunun Əsaslı Bərpası Layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir və 2012-ci ildə Ukraynada keçiriləcək futbol üzrə Avropa Çempionatına hazırlıq tədbirləri çərçivəsində həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB