| Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi altında İqtisadi İnkişaf, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsinin nümayəndələrindən ibarət heyət Cenevrə şəhərində səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi çərçivəsində Avropa İttifaqı, Ekvador, İsveçrə, Braziliya və Çin ilə ikitərəfli danışıqlar aparıb. Eyni zamanda, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) ilə məsləhətləşmələr aparılıb və Cenevrədə yerləşən Ticarət və Davamlı İnkişaf üzrə Beynəlxalq Mərkəz (ICTSD) ilə ölkəmiz arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin rəhbəri bir qrup BMT üzv dövlətlərinin Cenevrədə akkreditə olunan nümayəndəliklərinin başçıları ilə də ikitərəfli formatda görüşlər keçirib. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin İnvestisiya və sənaye obyetlərinin yenidənqurulması şöbəsinin əməkdaşı Yaqub Həsənov keçirilən görüşlərdə iştirak edib. |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB