“Qara qızıl” yenidən ucuzlaşıb

“Qara qızıl” yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 2,19 dollar və ya 2,2 faiz azalaraq 1 barelə görə 97,40 dollar təşkil edib.

ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,85 dollar və ya 0,7 faiz azalaraq 117,43 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə