\"Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər\" mövzusunda müsabiqə elan edilib

\"Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər\" mövzusunda müsabiqə elan edilib

İqtisadi İnkişaf Nazirliyi \"Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər\" mövzusunda müsabiqə elan edib. SİA müsabiqənin şərtlərini təqdim edir:

- Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin əməkdaşları tək və ya müştərək halda iştirak edə bilərlər;

- Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, video süjet isə 3 dəqiqədən az olmamalıdır;

- Məqalə Azərbaycan və ya rus dillərində, televiziya süjeti isə Azərbaycan dilində təqdim edilməlidir;

- Məqalə Azərbaycanda dərc olunan rəsmi nəşrlərin birində çap olunmalıdır;

- Məqalənin sonunda və ya video süjetdə \"İqtisadi İnkişaf Nazirliyi tərəfindən \"Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər\" mövzusunda KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir\" sözləri qeyd olunmalıdır.

- Məqalənin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş yazının saytdan çıxarılmış versiyası, video süjetlər isə DVD-də olmaqla KİV nümayəndələrinin vəsiqəsinin surəti ilə birlikdə 1 sentyabr 2011-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küç., 40 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cu otaq), yazıların elektron forması isə[email protected]ünvanına təqdim edilməlidir.

Müsabiqəyə təqdim olunmuş məqalələr və video süjetlər İqtisadi İnkişaf Nazirliyində yaradılmış Komissiya tərəfindən 1 oktyabr 2011-ci il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcəkdir.

Müsabiqədə iştirak məqsədilə hazırlanmış məqalələr və video süjetlər Nazirliyinwww.economy.gov.azinternet saytında yerləşdiriləcəkdir.

Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaqdır:

Birinci yer - 1 nəfər - 500 (beş yüz) manat

İkinci yer - 2 nəfər - hər biri üçün 400 (dörd yüz) manat

Üçüncü yer - 3 nəfər - hər biri üçün 300 (üç yüz) manat

Həvəsləndirici mükafat - 4 nəfər - hər biri üçün 150 (yüz əlli) manat.

Bütün xəbərlər Facebook səhifəmizdə