Bakıda Azərbaycan-Polşa biznes görüşü keçiriləcək

Bakıda Azərbaycan-Polşa biznes görüşü keçiriləcək

İyulun 25-də Bakıda Azərbaycan-Polşa biznes görüşü keçiriləcək. SİA-nın xəbərinə görə, Polşa prezidenti Bronislav Komorovskinin Azərbaycan rəsmi səfəri çərçivəsində təşkil olunacaq biznes forumu İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sənaye, bankçılıq, sığorta və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın polşalı iş adamı iştirak edəcək.

Forumda iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat almaq üçün AZPROMO-ya müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə