Haqsız rəqabət hallarının qarşısı alınır

Haqsız rəqabət hallarının qarşısı alınır

Məlumat verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 2 ünvanında Emin Hacıyevə məxsus sexdə aparılan yoxlama zamanı \"Tərxun\" və \"Duşes\" sərinləşdirci içkilərinin müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilməsi, həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, habelə sərinləşdirci içkilərin istehsalında mənşəyi məlum olmayan qatqılardan istifadə olunması səbəbindən bu sahibkar barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

SİA-nın xəbərinə görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və \"Haqsız rəqabət haqqında\" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə sahibkar Emin Hacıyevə 1,1 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə