Nadir Əzməmmədov: “Boş yük vaqonunun relsdən çıxması dəmir yol xəttinə ziyan vurmayıb” - AÇIQLAMA
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar cəmiyyətinin (QSC) Xırdalan stansiyasının ərazisində yük vaqonların relsdən çıxması manevr zamanı baş verib. SİA-nın xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, hadisə vaqonlar stansiyada boşalıb geri çəkilən zaman ikinci yolda baş verib. Nəticədə iki vaqon relsdən çıxıb, amma, buna baxmayaraq, vaqonlarda aşma təhlükəsi qeydə alınmayıb.
Nadir Əzməmmədov həmçinin deyib ki, boş yük vaqonunun relsdən çıxması qatarların hərəkət cədvəlinə təsir etməyib və dəmir yol xəttinə ziyan vurmayıb: "Ən qısa müddətdə bir neçə vaqon relslərin üzərinə qoyuldu və hərəkət davam etdirildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB