Mobil operator abonentlərinin sms mesajları “Yandex” ilə yanaşı “PRM.ru” da yerləşdirilib
"Meqafon" mobil operatoru abonentlərinin sms mesajlarının internetdə yayılmasından sonra başlayan qalmaqal daha da böyüyür. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, məlum olub ki, bu mesajlar "Yandex.ru" saytı ilə yanaşı "PRM.ru" saytında da yerləşdirilib.
Qeyd edək ki, "Yandex.ru" saytı vasitəsilə "Meqafon" abonentlərinə göndərilən 8 mindən çox şəxsi mesaj axtarış portalının səhifəsində yerləşdirilib.
Mesajların internettə yayımlanması rus mətbuatında əks-səda doğurub. Bundan sonra "Yandex.ru" saytındakı şəxsi mesajlar silinib. "Meqafon" rəsmiləri isə qalmaqala səbəb olan insidentin texniki qüsurdan qaynaqlandığını iddia edirlər.
Hadisə ilə əlaqədar Rusiyada məhkəmə istintaqı başlayıb. "Meqafon" abonentləri məhkəməyə müraciət etməyə hazırlaşırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB