Bu gün Azərbaycanla Çexiyanın "Komercni banka A.S." bankı arasında "2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulan avtomobil yolları infrastrukturunun inkişafı" layihəsinin maliyyələşdirilməsinə dair kredit müqaviləsi imzalanıb. SİA-nın məlumatına görə, 352 mln. ABŞ dolları dəyərindəki layihədə Azərbaycan hökumətinin payı 15% dəyərində müəyyən edilib və avans şəklində tranşlar üzrə 3 bərabər hissə ilə ödənilməlidir.
Layihənin məqsədi Hacıqabul-Kürdəmir 2 zolaqlı avtomobil yolunda (85 km uzunluqda) əlavə 2 yol zolağının tikintisi və yenidən qurulmasıdır.
Qeyd edək ki, kredit müqaviləsini Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədov, maliyyə naziri Samir Şərifov, Çexiya tərəfdən isə "Komercni banka A.S." bankının vitse-prezidenti imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB