Dayaq bloku dənizə nəql edilib
ARDNŞ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun əməkçiləri "Günəşli" yatağında tikiləcək qazlift kompressor stansiyası üçün 2 saylı dayaq blokunun tikintisini uğurla başa çatdırılıb. SİA-nın məlumatına görə, ümumi çəkisi 2628 ton, hündürlüyü isə 99 metr olan dayaq blokunun sifarişçisi "Azneft" İstehsalat Birliyinin "28 may" adına Neft Qazçıxarma İdarəsidir. Dayaq blokunun tikintisinə Dərin Özüllər Zavodunun 105 nəfərə yaxın işçi qüvvəsi cəlb olunmuş və bir il müddətində fasiləsiz iş aparılıb. Dayaq bloku inşa edildikdən sonra lazımi elementləri rənglənib və daimi yerində quraşdırılması üçün bu günlərdə dənizə nəql edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə