Bu günlərdə Türkiyədə "SOCAR-TURCAS" Birgə Müəssisəsinin həmtəsisçilərindən olan "Aksoy" şirkətinin 23,98 faizlik hissəsinin ARDNŞ tərəfindən alınması barədə saziş imzalanıb. SİA-nın xəbərinə görə, hazırda bu əməliyyatla bağlı Türkiyənin rəsmi orqanlarında müvafiq sənədləşmə işləri aparılır. Sazişin imzalanmasına qədər ARDNŞ "SOCAR-TURCAS" Birgə Müəssisəsində 51 faizlik payla nəzarət-səhm paketinə sahib idi. İndi isə həmin Birgə Müəssisədə ARDNŞ-nin aktivləri böyüyərək 74,98 faizə çatıb. Bundan başqa, xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 iyul 2011-ci il tarixli Sərəncamı ilə "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Amoko Kaspian Si Petroleum Limited, Bi-Pi Eksploreyşn (Kaspian Si) Limited, Delta Nimir Xəzər Limited, Den norske stats olyeselskap a.s., LUKoyl Səhmdar Cəmiyyəti, MakDermott Azərbaycan İnk., Pennzoyl Kaspian Korporeyşn, Remko Xəzər Enerci Limited, Türkiye Petrolleri A.O., Yunokal Xəzər Ltd arasında Saziş"ə Birinci Qoşmanın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir. Bu isə ARDNŞ-ə adı çəkilən Sazişdə Bi-Pi Eksploreyşn (Kaspian Si) Limited şirkətinin payından 1,6461 faizlik hissənin alınmasına imkan yaradıb. Qeyd etmək lazımdır ki, bu uğurlu kommersiya əməliyyatları ARDNŞ-nin iştirakı ilə ölkə daxilində və xaricdə aparılan neft-qazlayihələrinin perspektivlərinin Şirkət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Göstərilən payların alınması Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq, ARDNŞ-nin iştirakı ilə həyata keçirilən layihələrdə onun aktivlərinin və mənfəət payının artmasına imkan yaradacaqdır. Həyata keçirilən kommersiya əməliyyatları ARDNŞ-nin biznesin inkişafı planlarını inamla gerçəkləşdirməsinin növbəti təzahürüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB