ARDNŞ-də insan resurslarının idarə edilməsi prosesləri avtomatlaşdırılır
Müzakirələrdən əvvəl Departament daxilində iş diaqramlarının hazırlanması ilə bağlı müxtəlif təyinatlı təlimlər keçirilib, əməkdaşlar arasında fikir mübadilələri aparılıb. Proseslərin avtomatlaşdırılması SAP proqram təminatı vasitəsi ilə dəstəklənəcəkdir. Bununla yanaşı, yaxın zamanlarda yeni sistemin tətbiqi ilə bağlı maarifləndirmə məqsədi ilə ARDNŞ-nin, regionlar da daxil olmaqla, müvafiq işçiləri treninq və seminarlara cəlb ediləcək.
Qeyd etmək lazımdır ki, hal-hazırda Dövlət Neft Şirkəti üzrə yaranan vakansiyaların doldurulması 1 avqust 2011-ci il tarixinədək dayandırılıb. Vətəndaşlar ARDNŞ-ə işə qəbul prosesi və qaydaları barədə, habelə Şirkətdə ixtisas və peşələrə uyğun açılan vakansiyalar haqqında məlumatı ARDNŞ-nin korporativ veb-səhifəsinin (www.socar.az) Vakansiyalar bölməsindən və "İki Sahil" qəzetindən ala biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB