"Google" "Facebook"a alternativ sayt yaradır. SİA-nın məlumatına görə, "Google"un rəsmisi Bardli Horovitz "Google +" xidmətinin yaxın zamanlarda istifadəyə veriləcəyini bildirib. İstifadəyə veriləcək sayt "Google" tərəfindən hazırlanır və "Facebook" sosial paylaşım şəbəkəsinə rəqib olması məqsədini güdür.
Yeni yaradılıcaq sayt "Facebook"dan daha funksional olacaq və bir çox üstünlükləri ilə seçiləcək. Bu üstünlüklər isə sözügedən saytda xəritə, görüntülü danışıq və eyni zamanda da dostlarla qrup yaratmaq və digər funksiyalardan ibarət olacaq.
Xatırladaq ki, gedərək insanlar zamanlarının böyük əksəriyyətini sosial paylaşım şəbəkələrində keçirirlər və bu ünsür "Google" şirkətini daha çox reklamdan qazanmağa sövq edir. Dünya üzrə məşhur "ComScore" şirkətinin apardığı araşdırmalara görə, may ayından bəri insanlar vaxtlarının 13%-ni "facebook"da, 10%-ni isə "Google"da keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB