Azərbaycan yenidən Gürcüstana qaz nəql edəcək

Azərbaycan yenidən Gürcüstana qaz nəql edəcək

Azərbaycan yenidən Gürcüstana qaz nəql edəcək. SİA-nın məlumatına görə,"SOCAR Georgia Gas" şirkəti Xaşuridə təbii fəlakət nəticəsində zədələnmiş 200 metr uzunluğunda qaz kəmərini bərpa edərək əhaliyə qazın verilməsinə başlayıb.

Xatırladaq ki, iyunun 18-də təbii fəlakət nəticəsində qaz kəməri zədələnib və bu səbəbdən 300 abonentin qazla təchizatı kəsilib. Həmçinin, Surami regionunda Suramela çayının məcrasından çıxması səbəbindən qaz kəmərinin 400 metrlik hissəsi zədələnib və nəticədə 800 abonent qazsız qalıb. Hazırda isə Suramidə kəmərin bərpası işləri davam edir. Dünəndən başlayan bərpa işlərinin iyunun 25-də başa çatacağı ehtimal edilir.

Qeyd edək ki, "SOCAR Georgia Gas" ARDNŞ-nin törəmə müəssisəsidir. Hazırda Gürcüstandakı 30-dan artıq qazpaylayıcı şəbəkə şirkətin mülkiyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə