“Ekoloji Park”ın istixana kompleksində son tamamlama işləri görülür
ARDNŞ tərəfindən reallaşdırılan "Ekoloji Park" layihəsinin tərkib hissəsi olan və ən müasir standartlara cavab verən 5000 kvadratmetrlik istixana kompleksi istifadəyə verilmək mərhələsindədir. SİA-nın məlumatına görə, kompleks özlüyündə üç əsas hissədən: toxum şöbəsi, böyütmə şöbəsi və yetişdirilməsi xüsusi şərait tələb edən dekorativ bitkilər üçün ayrılmış oranjereya şöbəsindən ibarətdir. İstixanada ildə 1 000 000 ədəd şitil yetişdirmək mümkündür. Cari ilin əvvəllindən istixananın toxum şöbəsində xüsusi şəbəkələrdə toxum əkininə başlanılmışdır. Aqrotexniki qaydalara uyğun olaraq, toxumlar əkilməmişdən xüsusi şəraitdə stratifikasiya olunur, bu da onların cücərmə fazasını tezləşdirir, rüşeymini yarana biləcək xəstəliklərdən qoruyur və bitiş faizini artırır. Toxumlar müxtəlif ölçülü, xüsusi şəbəkələrdə, mikroelementlərlə zənginləşdirilmiş və torfla qarışdırılmış qruntda yetişdirilir. Bu, inkişafın ilkin mərhələsinin daha sağlam və dayanıqlı keçməsinə zəmin yaradır. Hazırda istixanada eldar şamı, ağ şam, həmişəyaşıl sərv, Şərq tuyası, Avropa zeytunu, ağ akasiya və s. ağac növləri ilə yanaşı otaq bitkiləri, müxtəlif növ bəzək gülləri və digər bitki növlərinə aid 100 000-ə yaxın toxum əkilmişdir. Toxum əkininin tam aqrotexniki tələblərə uyğun aparılması nəticəsində yüksək bitiş faizi əldə olunmuşdur ki, bu da yüksək səmərəlik üçün əminlik yaradır. Bitki növlərinin yetkin tinglik dövrünə qədər vahid coğrafi arealda (Abşeron şəraitində) yetişdirlməsi yaşıllıq zolaqları salınan sahələrdə əkindən sonrakı adaptasiya prosesinin normal keçməsi və təbii itkilərin minimuma endirilməsinə şərait yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB