ARDNŞ və BP-Azərbaycanın mütəxəssisləri Səngəçal terminalında ekoloji məsələləri müzakirə ediblər
ARDNŞ-nin Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi bir qrup neftçi-ekoloq Səngəcal terminalında BP-Azərbaycanın ekologiya üzrə aparıcı mütəxəssisləri ilə görüş keçirilib. SİA-nın qurumun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə görüşdə əsasən bp şirkətində hazırda məşəldə yandırılan səmt qazlarının və hasil edilən lay sularının idarə edilməsi məsələləri müzakirə olunub.
Qeyd edilib ki, səmt qazlarının son illərdə məşəldə yandırılmasının azaldılmasına baxmayaraq bu proses tam texniki həllini tapmayıb. Hər iki tərəfin mütəxəssisləri yandırılan qazın azaldılması istiqamətində problemlərin hələ də mövcud olduğu haqda ümumi fikrə gəlmiş və bu istiqamətdə növbəti tədbirlərin birgə hazırlanmasını qərara alıblar. Bundan başqa "Azəri-Çiraq-Günəşli" və "Şahdəniz" yataqlarında hasil edilən lay sularının idarə edilməsi mütəxəssislərin marağına səbəb olmuş və gələcəkdə ARDNŞ-də də bu təcrübədən istifadə etmək istiqamətində fikir mübadiləsi aparılıb. Görüşdən sonra terminalda məişət-çirkab sularının yığılması, utilizə edilməsi sisteminə baxış keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB