Vüqar Bayramov: “İraqın “Nabucco”ya qoşulması Azəbaycanla danışıqları sürətləndirəcək”
Azərbaycan "Nabucco" qaz kəməri
layihəsində iştirak etməkdən imtina etsə, bu, təəssüf doğurucu olacaq. Bunu
jurnalistlərə açıqlamasında OMV şirkətinin borukəməri layihələri üzrə
departamentin rəhbəri Maykl Diter Ulbrix deyib. O, eyni zamanda qeyd edib ki, "Nabukko"
layihəsi təkcə bir tədarükçüyə arxalanmır. OMV şirkətinin rəsmisi layihədə
İraqın iştirakı ilə bağlı məsələyə də toxunub: "İraqın şimal hissəsində iri qaz
ehtiyatları var. Həmin ərazilər birbaşa potensial bazarlara yaxın yerləşir.
İraq Avropaya nəql edilə biləcək qaz resurslarına malikdir. Bu məsələ ilə bağlı
siyasi müzakirələr gedir və güman edirik ki, bu ilin sonunda İraqın qaz
məsələsinə dair razılıq əldə olunacaq".
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki,
İraqın "Nabucco" kəmərinə qoşulması layhənin reallaşması istiqamətində addım
kimi qiymətləndirilə bilər: "Layihə ilə bağlı ən böyüktərədüd kəmərin qazla təminatı ilə bağlı idi.
İraqın "Nabucco"da iştirakı qazla təminat sahəsində müəyyən problemlərin
texniki baxımdan həll edilməsi demək olacaq".
İyunun 6-da "Nabucco" ilə bağlı yaradılan
konsorsiumla istehsalçı ölkələr arasında anlaşma imzalandığını xatırladan
V.Bayramovdeyir ki, Azərbaycanın layihədə iştirakının
təminatı istiqamətində ABŞ -ın, eləcə də Avropa Birliyinin real addımlar atacağı
gözlənilir. Onun sözlərinə görə, artıq Ağ Evin sözçüsü Azərbaycanın "Nabucco"ya
qoşulmasının əhəmiyyəti barədə açıqlama verib: "Eyni zamanda o, Azərbaycanı
yaxın zamanlarda layihə ilə bağlı qərar verməyə, o cümlədən "Nabucco"ya
qoşulmağa dəvət edib. Güman edilir ki, İraqın qərarından sonra Azərbaycanla
konsersium, həmçinin digər ölkələr arasında aparılan danışıqlardaha da sürətlənəcək. Bu Azərbaycanın "Nabucco" ilə
bağlı qərar verməsinə gətirib çıxaracaq. Güman edilir ki,"Nabucco" ilə bağlı qərarın yubanması
Azərbaycanın bundan həm iqtisadi, həm də siyası divident əldə etmək istəyindənirəli gəlir".
Obütün hallarda Azərbaycanın layihədən kənardaqalacağınınreal görsənmədiyinidiqqətə çatdırır: "Mövcud kəmərlər Azərbaycan artan qazı istehsalının xarici bazara çıxarmaq
imkanlarına malik deyil. Azərbaycan Rusiyaya 2 milyard kubmetr qaz ixrac edir, bu kəmərin maksimum gücü isə6 milyard kubmetrdir. İrana 1 milyard qaz ixrac edən Azərbaycan bu ölkəyəböyük həcmdəqaz nəql etmək
niyyətindədeyil. Bu həm texniki, həm dəsiyasi səbəblərləbağlıdır. Bakı-Tbilisi-Ərzurum kəmərinin mavi qaz ötürməqabiliyyəti 8,8 milyard kubmetrdir vəbu kəmərin
imkanlarını yaxın illərdəən yaxşı halda 20
milyard kubmetrəçatdırmaq mümkündür. DeməliAzərbaycanın yeni kəmərəehtiyacı var."Nabucco" yalnız siyasi baxımdan
deyil, eyni zamanda iqtisadi baxımdan ölkə üçünəlverişli layihədir".
Mütəxəssisin rəyinə görə, Azərbaycanın "Nabucco"da
olması kəmər vasitəsilə mavi qaz alan ölkələrüçün deyil, özü üçün də əhəmiyyətlidir:
""Nabucco" Azərbaycanın Avropaya inteqrasiyası baxımından da
əhəmiyyətlidir.Eyni zamanda layihəyə qoşulmaq təhlükəsizlik nöqteyi nəzərdən
ciddi imkanlar yaradacaq".
Ölkənin mavi qaz satışından gəlirlərinin
2015-ci ildən başlayaraq
kəskin artacağını
diqqətə çatdıran iqtisadçı bunu 2014-cü ilin sonlarında "Şahdəniz-2"platformasının istifadəyəveriləcəyi
iləizah edir: "Nəzərəalsaq ki, Azərbaycan 2010-cu ildə29 milyard kubmetr qaz hasil edib, 2011-ci ildəilk dəfəhasilatın 30 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır. "Şahdəniz-2"platformasının istifadəyəverilməsi Azərbaycan
mavi qazının 46 milyard kubmetrəqədər artmasına gətirib çıxara bilər.
Beləhalda Azərbaycan 30 milyard kubmetr mavi qaz ixrac etmək imkanlarına malik olacaq. İndiki qiymətlərləbu
2015-ci ildəmavi qaz ixracatından illik gəlirlərin 9 milyard dollara yüksələcəyi deməkdir. Nəzərəalsaq ki, digər yataqların işlənməsi nəticəsindəikinci dekadanin sonuna qədər
mavi qaz ixracatının 60 milyard kubmetrəqədər
artırılması planlaşdırılır, həmin dövr üçün mavi qaz satışındanəldəedilən illik gəlir
18 milyard dollara çata bilər. Bu da dövlət
gəlirlərinin formalaşmasında mavi qaz
satışındanəldəolunan gəlirlərin
öndəolacağından xəbər
verir".
V.Bayramovyaxın 10 il üçün dövlət gəlirlərinin formalaşmasını2 mərhələyəbölür: "Birinci mərhələdə -2011-2015-ci illərdədövlət gəlirlərinin formalaşmasında neft gəlirləri üstünlük təşkil edəcək. İkinci mərhələdə-
2015-2020-ci illərdəqaz satışındanəldəolunan gəlirlərin
kəskin artması nəticəsindədövlət gəlirlərindəmavi qaz satışından
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB