\"Bakıya daha 200 avtobus gətiriləcək\". SİA-nın məlumatına görə, bu sözləri Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov deyib. N.Həsənov bildirib ki, Bakıya gətiriləcək 200 avtobus Koreyanın "Daewoo" şirkətinə məxsus olacaq.
"Azərbaycanda aparılan yol-tikinti bərpa işləri son 150 ildə qeydə alınmayıb. Demək olar ki, ölkənin yol infrastrukturu yenidən bərpa olunur. Düzdür, bərpa olunan və ya yeni tikilən yollarda qüsurlar olur, amma bu qüsurları Nəqliyyat Nazirliyi deyil, həmin tikinti-təmir işlərin aparan podratçı şirkət ödəyir\", deyən nazirlik rəsmisi onu da qeyd edib ki, yeni tikilmiş yolu istənilən şəkildə təhvil vermədiyinə görə bəzi şirkətlərin bank hesabı dondurulub.
Daha sonra N.Həsənov tikilməkdə olan yeni dəniz limanı, körpülər və avto magistirallar barəsində danışıb və vurğulayıb ki, dəniz üstündə koreyalılar tərəfindən tikiləcək körpünün layihəsi hökumət tərəfindən hələ qəbul olunmayıb: "Bu körpünün layihəsi qəbul olunandan sonra tikintilərə başlanılacaq. Nə vaxta hazır olacağını dəqiq deyə bilmərəm. Bu körpü ödənişli olacaq və müəyyən müddətdən sonra ödəniş aradan qaldırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB