Sosial sahələrin inkişafı haqqında göstəricilər

Sosial sahələrin inkişafı haqqında göstəricilər

2011-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən ölkədə iqtisadi fəal əhalinin sayı 4589.3 min nəfər olub, onların 4332.6 min nəfəri və ya 94.4 faizi iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olub. SİA-nın İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata nəzərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,5%-i məhsul istehsalı sahələrində, onlardan 2,6%-i mədənçıxarma sənayesində, 5,8%-i emal sənayesində, 2,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 5,1%-i tikintidə, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,8%-i təhsil, 20.0%-i ticarət; avtomobillərin və motosikletlərin təmiri, 10,1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,7 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,1%-i istirahət, əyləncə və incəsənət sahəsində, 4,0 %-i dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,4%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,9%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Cari ilin I rübündə əhalinin adambaşına gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,3% artaraq 721,5 manat və ya orta hesabla ayda 240,5 manat təşkil edib.

Gəlirlərin 69,9%-i son istehlaka, 8,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilmiş, 20,6%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

2010-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,7 faiz artaraq 339,6 manat təşkil edib.

2011-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı ilin əvvəlindən 25,6 min nəfər(0,3%) artaraq 9136,7 min nəfərə çatdırıb.

Əhalinin 49,6%-ni kişilər, 50,4%-ni qadınlar təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə