Son 12 ayda əhalinin əmanətlərinin həcmi 36% artıb

Son 12 ayda əhalinin əmanətlərinin həcmi 36% artıb

2011-ci il may ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 5 milyard 585,4 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bunun 3 milyard 358,7 milyon manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,7% çoxdur.

2011-ci il mayın 1-nə banklara qoyulan əmanətlərin 1 milyard 556,0 milyon manatı (46,3%) manatla, 1 milyard 802,7 milyon manatı (53,7%) isə xarici valyuta ilə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə